Ru
17:37 / 22 Avqust 2025

Prezidentin Təhlükəsizlik Xidmətinin mayoru vəfat etdi - FOTO

Prezidentin Təhlükəsizlik Xidmətinin mayoru vəfat etdi - FOTO
Eye

Prezidentin Təhlükəsizlik Xidmətinin (PTX) mayoru Erkin Ələkbərov vəfat edib.

Bakupost.az “Unikal”a istinadən xəbər verir ki, 36 yaşlı mayor xidməti vəzifəsini yerinə yetirərkən ürəktutmadan ölüb.

Məlum olub ki, E.Ələkbərovun atası da 48 yaşında eyni səbəbdən dünyasını dəyişib. O da həmçinin XDMX-nin (indiki PTX) polkovnik-leytenantı olub.

Erkin Ələkbərov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb, daha sonra Milli Qvardiyada xidmət edib.

Onun 5 yaşında qızı və 1 yaşında oğlu var.

Qeyd edək ki, zabit Azərbaycan Milli Karate yığmasının üzvü, Dünya və Avropa çempionatlarının bürünc mükafatçısı və İslam Oyunlarının qızıl medalçısı Tural Ələkbərlinin qardaşıdır.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar