Ru
19:56 / 19 Noyabr 2025

Rusiya yaşayış binasını vurdu: 25 ölü, 73 yaralı - VİDEO

Rusiya yaşayış binasını vurdu: 25 ölü, 73 yaralı - VİDEO
Eye

Noyabrın 19-da Rusiya ordusu Ukrayna ərazisinə, xüsusən də ölkənin qərb hissəsinə kütləvi hücum həyata keçirib.

Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Məlumata görə, raketlərdən biri Ternopol şəhərində yaşayış binasına düşüb.

Ternopolda yaşayış binasına endirilən raket zərbəsi nəticəsində 25 nəfər ölüb. Ölənlərdən 3-ü uşaqdır.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatında bildirilib ki, zərbə nəticəsində 73 nəfər yaralanıb. Onlardan 16-sı uşaqdır.

Həmçinin, Lvov, Nikolayev və Burştində də partlayış səsləri eşidilib.

Zərbənin X-101 raketi ilə endirildiyi qeyd olunur.

Ternopol şəhər Şurası baş verən faciə ilə bağlı noyabrın 19-dan 21-dək matəm elan edib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar