Sumqayıtda yaşayış evində yanğın baş verib, tüstüdən zəhərlənənlər var.
Bakupost.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 16-cı mikrorayonunda yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.
Yanğın nəticəsində 2002-ci il təvəllüdlü Məhyəddin Mahmud oğlu Mahmudzadə və həyat yoldaşı, 2003-cü il təvəllüdlü Xumar Elçin qızı Mahmudzadə tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.
Yanğının baş vermə səbəbi araşdırılır.