Rusiyanın Soçi hava limanı təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edib.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artyom Korenyako Teleqram kanalında məlumat verib.
Məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq olunub. Bu qərarın təfərrüatı və qüvvədə qalma müddəti məlumatda açıqlanmayıb.
Qeyd edək ki, noyabrın 19-na keçən gecə oxşar məhdudiyyətlər Krasnodar (Paşkovski) və Gelencik hava limanlarında da tətbiq edilmişdi. Sonradan isə həmin hava limanları fəaliyyətini tam bərpa edib.