Ru
18:15 / 19 Noyabr 2025

AB “Hərbi Şengen” yaradır

AB “Hərbi Şengen” yaradır
Eye

Avropa Komissiyasının Kollegiyası bu gün Avropa Birliyində hərbi mobilliyin artırılması və qoşunların, texnikanın sürətli və maneəsiz hərəkətini təmin etmək üçün "hərbi çeviklik" üzrə təkliflər paketini təsdiqləyib.

Bakupost.az xəbər verir ki, bu bardədə “Evropeyskaya Pravda” məlumat yayıb.

Təkliflər paketini Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas təqdim edib. Layihənin əsas məqsədi 2027-ci ilə qədər bütün Avropanı əhatə edən “hərbi Şengen” məkanının yaradılmasıdır. Bu, Avropa boyunca qoşunların və hərbi texnikanın hərəkətini daha sürətli, təhlükəsiz və koordinasiyalı edəcək.


“Bazar ertəsi Polşa dəmir yoluna edilən hücumdan başlamaq istəyirəm. Bu hadisə Avropanın nəqliyyat infrastrukturunun misli görünməmiş risklə üz-üzə olduğunu göstərir. Rusiyanın hücumları getdikcə daha cəsarətli olur. Kritik infrastrukturumuz daha güclü qorunmasına ehtiyac duyulur”, – Kallas vurğulayıb.

O qeyd edib ki, Avropa hərbi qüvvələrinin sürətli hərəkəti Avropanın müdafiəsi üçün həyati əhəmiyyət daşıyır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar