Ru
17:20 / 19 Noyabr 2025

Hikmət Hacıyev Dövlət katibinin müavini ilə görüşdü – FOTO

Hikmət Hacıyev Dövlət katibinin müavini ilə görüşdü – FOTO
Eye

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukerlə görüşüb.

Bakupost.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Alison Hukerin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti ilə görüşməkdən məmnun oldum. Müzakirələrimiz Ermənistan-Azərbaycan sülh gündəminin irəlilədilməsi və regional əlaqə layihələrinin icrası da daxil olmaqla çox sayda məsələləri əhatə etdi. Həmçinin regional və qlobal proseslər barədə fikir mübadiləsi apardıq və Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq ruhunu bir daha təsdiqlədik”, – paylaşımda deyilir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar