Ru
16:31 / 19 Noyabr 2025

Litva Azərbaycana görə Rusiyaya NOTA VERDİ

Litva Azərbaycana görə Rusiyaya NOTA VERDİ
Eye

Litva Moskvaya yeni etiraz notası göndərərək, Rusiyanın noyabrın 14-də Kiyevdəki Azərbaycan səfirliyinin binasına ciddi ziyan vurmasına xüsusi diqqət yetirib.

Bakupost.az musavat-a istinadən xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyindən bildiriblər.

Vilnüs hadisəni Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının kobud şəkildə pozulması adlandırıb.

Litva həmçinin Rusiyanın Ukraynaya qarşı son hücumlarını qətiyyətlə pisləyib:

“Kiyevdə və paytaxt bölgəsində, eləcə də Xarkov, Odessa, Sumı və digər şəhərlərdə on nəfərdən çox mülki şəxs həlak olub, onlarla insan yaralanıb. Yaşayış binalarına, çoxmənzilli binalara, xəstəxanaya, enerji obyektlərinə və digər infrastruktur obyektlərinə ziyan dəyib”, - məlumatda deyilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar