Fars körfəzi sularında SEPAH tərəfindən müsadirə edilən və qaçaqmalçılıqda ittiham olunan “Talara” neft tankeri 21 nəfərdən ibarət heyəti ilə birlikdə azad edilib.
Bakupost.az “Associated Press”ə istindanən xəbər verir ki, daha öncə İran mediası noyabrın 14-də gəminin məhkəmə qərarı əsasında ələ keçirildiyini açıqlamışdı.
Məhkəmə hökmü icra edildikdən və yük tam boşaldıldıqdan sonra tankerin üzərindəki hüquqi məhdudiyyət aradan qaldırılıb və gəminin bu gün İran sularını tərk edəcəyi qeyd olunub.