Ru
17:36 / 19 Noyabr 2025

Britaniyada casus gəmisi böhranı – “Nə etdiyinizi bilirik”

Britaniyada casus gəmisi böhranı – “Nə etdiyinizi bilirik”
Eye

Böyük Britaniyanın Müdafiə naziri Con Hili Rusiyaya məxsus “Yantar” casus gəmisinin Şotlandiyanın şimalında hərəkət etdiyini açıqlayıb. Nazir, Putinə ünvanladığı mesajla xəbərdarlıq edib.

Bakupost.az xəbər verir ki, müdafiə naziri mətbuat konfransında bildirib ki, “Yantar” bir il ərzində ikinci dəfə Böyük Britaniyanın sularına daxil olur.

Hili jurnalistlərə açıqlamasında gəminin kəşfiyyat məlumatı toplamaq və sualtı kabellərin xəritəsini çıxarmaq üçün hazırlandığını vurğulayıb.

Rusiya Prezidentinə müraciət edən Hili, “Rusiyaya və Putinə mesajım budur: Sizi görürük. Nə etdiyinizi bilirik. Və əgər “Yantar” bu həftə cənuba doğru irəliləsə, biz hazırıq”, – deyib.

Gəmi ilə bağlı əlavə məlumat verən britaniyalı nazir, “Yantar”ın Britaniya və müttəfiqlərin sualtı infrastrukturunu riskə atan və təhlükə altında saxlayan Rusiya donanmasının tərkibində olduğunu bildirib.

“Bu, sadəcə hərbi-dəniz əməliyyatı deyil, rusların “Dərin Dəniz Araşdırmaları Baş İdarəsi” (GUGİ) adlandırdığı proqramın bir hissəsidir. Proqram sülh dövründə müşahidə aparmaq, münaqişə anında isə diversiya həyata keçirmək imkanlarına malik olacaq şəkildə qurulub”.

Hili qeyd edib ki, “Yantar” Britaniya sularına yaxınlaşanda onlar gəmiyə davamlı şəkildə nəzarət ediblər. Bununla Putinə həm öz imkanları, həm də müttəfiqlərlə birlikdə hazırıq mesajı veriblər.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən “Yantar” rəsmi sənədlərdə okean araşdırmaları aparan (oşinoqrafik) elmi gəmi kimi göstərilir. Lakin Qərb rəsmiləri bu təsnifata şübhə ilə yanaşır. Onların fikrincə, gəminin əsas missiyası dərin sularda kəşfiyyat əməliyyatları aparmaqdır.


Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar