Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən 64 yaşlı Mərdan Hüseynovun məhkəməsi başa çatıb.
Bakupost.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda müttəhimə hökm oxunub.
Təqsirləndirilən şəxs məhkəmədə əməlini etiraf edib. O, həmin 6 yaşlı zərərçəkmiş qapı bir qonşusunun övladı olduğunu deyib. M.Hüseynov uşağa qarşı 3 dəfə seksual xarakterli hərəkətlər edib. Müttəhim əməlindən peşman olduğunu bildirib.
Neymət Məmmədovun sədrlik etdiyi məhkəmə kollegiyası müttəhimin etirafedici ifadəsini və digər sübutları nəzərə alaraq, belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə 14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətlər etmə maddəsi ilə verilmiş ittiham təsdiqini tapıb.
Hökmə əsasən, Mərdan Hüseynov cəzasını ciddi rejimdə çəkməsi şərti ilə 17 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, həmin əxlaqsız hərəkətlərin görüntüləri sosial şəbəkələrdə yayılmışdı. Həmin vaxt hadisə ictimaiyyət arasında ciddi qınaqla qarşılanmışdı. Görüntülərdən sonra polis M.Hüseynovu həbs edərək cinayət məsuliyyətinə cəlb edilib.