Ru
14:33 / 05 Avqust 2025

Rusiya yenə “müvafiq addımlarla” hədələdi

Rusiya yenə “müvafiq addımlarla” hədələdi
Eye

Rusiya orta və qısa mənzilli raketlərə birtərəfli moratoriumdan imtina etdikdən sonra “müvafiq addımlar atmaq hüququna malikdir”.

Bakupost.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

"Rusiyanın artıq bununla bağlı heç bir məhdudiyyəti yoxdur. Rusiya artıq özünü nə iləsə məhdudlaşdırılmış hesab etmir. Buna görə də, müvafiq tədbirlər görmək və müvafiq addımlar atmaq zərurəti yaranarsa, Rusiyanın buna tam hüququ var. Burada anons (prezidentin sistemlərin yerləşdirilməsi ilə bağlı qərarlarını) gözləməyə dəyməz. Axı, söhbət müdafiə sahəsindən gedir və bu, kifayət qədər həssas sahədir".

Daha əvvəl Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bəyan etmişdi ki, Rusiya Xarici İşlər Nazirliyinin bu gün elan etdiyi orta və yaxın mənzilli raketlərin yerləşdirilməsinə qoyulan moratoriumun ləğvi “NATO ölkələrinin anti-Rusiya siyasətinin nəticəsidir”.

Könüllü moratorium Rusiya prezidenti Vladimir Putin tərəfindən 2019-cu ilin sentyabrında ABŞ-ın həmin ilin fevralında Orta və Yaxın mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxmasından sonra elan edilib. Bu tarixi müqavilə 1987-ci il dekabrın 8-də Mixail Qorbaçov və Ronald Reyqan tərəfindən imzalanıb. Dünən Rusiya Xarici İşlər Nazirliyi Moskvanın “artıq moratoriumla bağlı olmadığını” bildirib.

Zaur,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar