Ru
18:38 / 17 Oktyabr 2025

Rusiyada azərbaycanlı iş adamı həbs edildi

Rusiyada azərbaycanlı iş adamı həbs edildi
Eye

Smolensk vilayətinin Milli Konqresinin rəhbəri, azərbaycanlı iş adamı Faiq Əliyev rüşvət işi üzrə 4 il müddətinə azadlıqdan məhrum edilib və 8,4 milyon rubl məbləğində cərimələnib.

Bakupost.az "Unikal"a istinadən xəbər verir ki, 2020-ci ilin martından 2024-cü ilin dekabrına qədər mehmanxana kompleksinin və ticarət mərkəzinin sahibi olan Əliyev "PJSC MRSK Central - Smolenskenergo"nun məmuruna 846 min rubl rüşvət verməkdə ittiham olunur.


“Məhkəmə dövlət ittihamçısının rəyini nəzərə alaraq, iş adamını 4 il müddətinə azadlıqdan məhrumetmə və 8 milyon 465 min rubl məbləğində cərimələyərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməyə qərar verib”, - prokurorluqdan bildiriblər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar