Ru
13:25 / 11 Avqust 2025

Rusiyadan hədə: Azərbaycana qarşı Xüsusi Əməliyyat başlaya bilər

Rusiyadan hədə:  Azərbaycana qarşı Xüsusi Əməliyyat başlaya bilər
Eye

"Hazırda Cənubi Qafqazda baş verənlər çox böyük problemdir".

Bakupost.az xəbər verir ki, bunu Kremlin təbliğatçısı, “Vladimir Solovyovla axşam” verilişinin müəllifi Vladimir Solovyov deyib.

O qeyd edib ki, Xəzər dənizində tezliklə NATO-nun bazası peyda ola bilər:

"Bu o qədər təhlüklidir və geopolitik baxımdan yanaşsaq, elə nəticələrə səbəb ola bilər ki, hazırda keçirdiyimiz Xüsusi Əməliyyat bizim nəslin keçirdiyi sonuncu xüsusi əməliyyat olmaya bilər. Ona görə də diplomatiyanın bütün mümkün vasitələrini işə salmaq lazımdır ki, prosesin bütün iştirakçılarına çatdıraq: Rusiyanın maraqlarına hörmət etmək lazımdır".

Zaur,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar