Rusiya 200 gün havada qala bilən təyyarəsini Tehrana göndərib.
Bakupost.az xəbər verir ki, belə bir iddia Türkiyənin “Bəyaz TV” kanalının efirində ekspert səsləndirib.
O iddia edib ki, təyyarənin 200 gün havada uşa bilməsinin səbəbi nüvə enerjisi ilə işləməsidir. O, belə bir təyyarənin ABŞ və Çində də olduğu iddiasını da irəli sürüb.
Qeyd edək ki, söhbət Rusiyanın elit eskadrilyası tərəfindən idarə olunan RSD420 kod adlı Tu-214PU hava komanda təyyarəsindən gedir. “Qiyamət təyyarəsi” adlanan bu təyyarə 16 fevral 2026-cı ildə Tehrana uçub.
“Nəzarət Nöqtəsi” kimi hazırlanmış Tu-214PU yüksək intensivlikli münaqişə mühitlərində hökumətin davamlılığını təmin etmək üçün hazırlanmış təhlükəsiz məlumat xətləri, şifrələnmiş peyk rabitəsi və elektromaqnit qoruyucu sistemlərlə təchiz olunub.
ABŞ-ın bölgəyə çoxsaylı hərbi gəmi və qırıcılar göndərdiyi bir vaxtda Rusiyanın bu addımı maraqla izlənilir.
Onu da xatırladaq ki, nüvə enerjisi ilə işləyə bilən təyyarə hazırda bir nəzəriyyədir və hələ gerçəkləşməyib.
Asena,
BakuPost