Ru
20:06 / 23 Fevral 2026

Süleyman Mikayılovun müavininin həbsi uzandı

Süleyman Mikayılovun müavininin həbsi uzandı
Eye

Qaradağın sabiq icra başçısı Süleyman Mikayılovun korrupsiyada təqsirləndirilən müavini Nadir Muradovun həbs müddəti uzadılıb.

Bakupost.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi prokurorun təqdimatı əsasında belə qərar qəbul edib.

Hakim ağır cinayət işi üzrə hərtərəfli ibtidai istinaq hərəkətlərinin aparılmasının davamını əsaslı hesab edib.

Nadir Muradovun istintaqa təsir etmə, ünvan dəyişdirmə ehtimallarının qarşısını almaq məqsədi ilə daha 3 ay həbsdə qaımasına qərar verilib.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 4 ay əvvəl Qaradağ İcra Hakimiyyətində əməliyyat keçirib. Qanun pozuntularına görə bir neçə vəzifəli şəxs həbs edilib. İcra başçısının 10 ilə yaxın müavini işləmiş N.Muradov və digər sabiq vəzifəlilər təkrar külli miqdarda rüşvət almaqda ittiham olunurlar.

Elə bu hadisələrdən bir müddət sonra rayonun icra başçısı Süleyman Mikayılov vəzifəsindən azad edilib. Onun da bu cinayətlərlə bağlı postundan uzaqlaşdırıldığı deyilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar