Ukrayna müharibəsində Rusiya canlı qüvvədə olduğu kimi, texnika baxımından da ciddi itkilər verib.
Bakupost.az “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə NATO-nun adı açıqlanmayan yüksək rütbəli rəsmisi deyib.
O bildirib, Moskva əsasən minlərlə tankdan məhrum olub. Belə ki, Rusiya 4 mindən 9 minə qədər döyüş tankı itirib.
Rusiyanın həmçinin 20 minə yaxın zirehli avtomobili də məhv edilib.
Qeyd edilir ki, Rusiya hazırda ayda 130 tank istehsal edir ki, bu da ildə təxminən 1600 yeni tank buraxılışı deməkdir.