Ru
23:45 / 14 Oktyabr 2025

Bu raketlər artıq Ukraynadadır - ABŞ ordusunun keçmiş zabiti

Bu raketlər artıq Ukraynadadır - ABŞ ordusunun keçmiş zabiti
Eye

ABŞ-də "Tomahavk" yerüstü raket sisteminin üç batareyası müəmmalı şəkildə yoxa çıxıb.

Bakupost.az xəbər verir ki, bunu mk.ru-ya ABŞ ordusunun keçmiş zabiti, hərbi ekspert Stanislav Krapivnik bildirib.

Onun sözlərinə görə, dörd raket üçün xüsusi zirehli buraxılış qurğusu olan X-MAV ABŞ-də keçirilən sərgidə nümayiş etdirilib.

Hərbi ekspert qanadlı raketlər üçün mobil platformaların artıq Ukraynada ola biləcəyini istisna etməyib.

O, qeyd edib ki, ilk "Tomahavk" raketlərinin Rusiyaya doğru atılıb-atılmayacağı, əsasən, Moskvanın Vaşinqtona göndərdiyi siqnallardan asılıdır.

Ekspert hesab edir ki, hələlik rusiyalı siyasətçilərin mesajları ABŞ-də ciddi qəbul olunmayacaq qədər zəifdir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar