“Henley Partners” konsaltinq şirkəti yeni pasport indeksini dərc edib.
Bakupost.a Globalinfo.az-a istinadla xəbər verir ki, yeni indeks ölkələri vizasız gediş-gəliş yerlərinin sayına görə sıralayıb.
2025 Pasport İndeksində ilk üç yeri Asiya ölkələri tutur: Sinqapur siyahıda birincidir. Belə ki, bu ölkənin vətəndaşlar 227 ölkə və yurisdiksiyadan 193-nə vizasız səyahət edə bilirlər. Cənubi Koreya ikinci (190 ölkə), Yaponiya isə (189 ölkə) üçüncüdür.
Məlumata görə, ABŞ artıq dünyanın ilk on ən güclü pasportuna sahib ölkələri arasında deyil.
2014-cü ilin reytinqində birinci olan ABŞ pasportu indi 12-ci yerə enib.
İndeksin tərtibçiləri bildiriblər ki, ABŞ pasportunun reytinqdə aşağı düşməsi ötən il ərzində baş vermiş bir sıra dəyişikliklərlə bağlıdır.
Böyük Britaniya pasportu da ən aşağı mövqeyə (səkkizinci) düşərək, reytinqdə ciddi eniş yaşayıb. Bir il əvvəl Britaniya pasportu altıncı yerdə idi. Ancaq 2015-ci ildə reytinqə başçılıq edirdi.
2025-ci il reytinqinin ilk onluğuna Almaniya, İtaliya, Lüksemburq, İspaniya və İsveçrə daxildir. Avstriya, Belçika, Danimarka, Finlandiya, Fransa, İrlandiya, Hollandiya (5-ci yer, 187 ölkə); Yunanıstan, Macarıstan, Yeni Zelandiya, Norveç, Portuqaliya, İsveç 6-cı yer, (186 ölkə); Avstraliya, Çexiya, Malta, Polşa 7-ci yer, (185 ölkə); Xorvatiya, Estoniya, Slovakiya,
Sloveniya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya 8-ci yer, (184 ölkə); Kanada (9-cu yer, 183 ölkə); Latviya və Lixtenşteyn isə 10-cu yerdədir. (182 ölkə).