Ru
10:34 / 15 Oktyabr 2025

İranın erməni sevdası bitmir: Yeni metrostansiya açdılar - FOTO

İranın erməni sevdası bitmir: Yeni metrostansiya açdılar - FOTO
Eye

Tehranda İrandakı erməni xristian icmasının şərəfinə yeni metro stansiyası açılıb.

Bakupost.az erməni KİV-ə istinadən xəbər verir ki, “Məryəm-i-Müqəddəs” (“Müqəddəs Məryəm” – red.) stansiyası Müqəddəs Sarkis kilsəsindən bir neçə dəqiqəlik piyada məsafədə yerləşir.

Metro stansiyası erməni mədəniyyətinə məxsus eləməntlərlə dizayn edilib, divarlardan birində isə Qriqoryan kilsəsinin təsviri əks etdirilib.

Erməni mediası yazır ki, müasir İran erməni diasporu öz institusional formasında təxminən dörd əsri əhatə edən bir tarixə malikdir. Onun formalaşması həm qədim köç prosesləri, həm də ilk növbədə Səfəvilər dövründəki köçürmələrlə bağlıdır.

Rəsmi məlumatlara görə, hazırda İran İslam Respublikasında 200 minə yaxın erməni yaşayır. Bununla belə, müstəqil hesablamalar göstərir ki, 1979-cu il İslam İnqilabından sonra xüsusilə intensiv olan mühacirət dalğaları səbəbindən ermənilərin bu ölkədə faktiki sayı 100.000 nəfərə yaxın ola bilər.

Saylarının azalmasına baxmayaraq, erməni icması siyasi təmsilçiliyini saxlayır: İran Konstitusiyasına görə, parlamentə ermənilərə iki yer verilir.

Zaur, BakuPost

İranın erməni sevdası bitmir: Yeni metrostansiya açdılar - FOTO
İranın erməni sevdası bitmir: Yeni metrostansiya açdılar - FOTO
İranın erməni sevdası bitmir: Yeni metrostansiya açdılar - FOTO
İranın erməni sevdası bitmir: Yeni metrostansiya açdılar - FOTO
İranın erməni sevdası bitmir: Yeni metrostansiya açdılar - FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar