Ru
11:07 / 15 Oktyabr 2025

Kobaxidze ATƏT sədri ilə görüşdən imtina etdi

Kobaxidze ATƏT sədri ilə görüşdən imtina etdi
Eye

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenlə planlaşdırılmış görüşü ləğv edib.

Bakupost.az Modern.az-a istinadla xəbər verir ki, bunu Gürcüstan hökuməti bildirib.

"Qərar Elina Valtonenin qeyri-qanuni mitinqdə iştirakı və yalan bəyanatlar yayılması səbəbindən qəbul edilib", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, ötən gün Elina Valtonen Tbilisidə Gürcüstan parlamenti qarşısında etirazçılarla görüşüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar