Ru
12:12 / 15 Oktyabr 2025

"Mehdiyevə belə ağır ittiham verilibsə, qulbeçələr də üzə çıxacaq"

"Mehdiyevə belə ağır ittiham verilibsə, qulbeçələr də üzə çıxacaq"
Eye

“Dövlət çevrilişinə cəhdin iqtisadi, hərbi (hüquq-mühafizə), media, məmur və siyasi ayaqları olur”.

Bakupost.az xəbər verir ki, bu barədə REAL sədri Natiq Cəfərli bildirib.


“Ümid edirəm ki, hökumət bunu bilir, Mehdiyevə belə ağır ittiham verilibsə, mütləq bu ayaqlar, Azərbaycandakı xırda, Şimaldakı iri başa xidmət edən qulbeçələr də üzə çıxacaq - bu, belə olmasa, çox qeyri-ciddi şərait yaranacaq, dövlət adlanan instituta xələl gələcək.
Məni siyasi ayaq maraqlandırır, 30 ildir müxalifət düzəldib ayaqda saxladığı partiyalar, adamların siyasi səhnəni necə zəhərlədiklərini görmüşük, bu xidmətçilər mütləq üzə çıxmalıdırlar. Onların Azərbaycana vurduqları ziyan, bu hökumətin gətirdiyi bəlalardan heç də az olmayıb. İllərdir sifarişlə rol alıb oynayıblar, bu oyunlar bitməlidir”,- deyə N.Cəfərli qeyd edib.

Lalə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar