“Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ictimai səhiyyə sahəsində sanitariya-epidemioloji xarakterli fövqəladə vəziyyətlərin qarşısının alınması və cavab tədbirləri üzrə əməkdaşlığı haqqında Saziş” Azərbaycanın ona dair müvafiq qeyd-şərti ilə təsdiq edilib.
Bakupost.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb.
Qeyd edək ki, sənəd MDB Hökumət Başçıları Şurasının 2022-ci il oktyabrın 28-də keçirilmiş iclasında imzalanıb.