Suriyanın yeni prezidenti Əhməd Əl Şəraa Rusiyaya səfər edib. O, Moskva ilə danışıqlarda Bəşər Əsədin Suriya hakimiyyətinə təhvil verilməsini tələb edəcək.
Bakupost.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentlik yazır ki, bu məsələ onun Rusiya prezidenti Vladimir Putinlə görüşündə əsas mövzulardan biri olacaq.
Kreml sözçüsü Dmitri Peskov isə bildirib ki, bu gün Suriya ərazisində yerləşən Rusiya hərbi bazalarının taleyi ilə bağlı məsələ müzakirə olunacaq.
Lalə, BakuPost