Ermənistanın Loru bölgəsində atışma baş verib.
Bakupost.az "Unikal"a istinadən xəbər verir ki, keçmiş deputat, Ermənistan Respublika Partiyasının üzvü, tanınmış iş adamı Arkadi Ambartsumyanın evinin yaxınlığında mübahisə, əlbəyaxa dava və atışma olub.
Polis keçmiş deputatın oğlu da daxil olmaqla 7 nəfəri xuliqanlıqda şübhəli bilinərək saxlayıb.
Faktla bağlı cinayət işi başlanıb.