Ru
13:55 / 15 Oktyabr 2025

İranlı siyasi fəal İstanbulda öldürüldü

İranlı siyasi fəal İstanbulda öldürüldü
Eye

İran hökumətinə müxalif siyasi fəal Məsud Nəzəri Türkiyənin İstanbul şəhərində yaşadığı evin qarşısında naməlum silahlılar tərəfindən güllələnərək öldürülüb.

Bakupost.az axar.az-a istinadla xəbər verir ki, bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Ailəsinin bildirdiyinə görə, 10 ildir Türkiyədə yaşayan Nəzəri bir neçə dəfə İran təhlükəsizlik məmurları tərəfindən təhdid edilib.

Milliyyətcə kürd olan Məsud Nəzəri İran hökumətinin sünni məzhəbli vətəndaşlara qarşı ayrı-seçkilik siyasətlərinin tənqidçilərindən biri sayılırdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar