Ru
15:56 / 15 Oktyabr 2025

Ramiz Quliyevin dəfn yeri açıqlandı

Ramiz Quliyevin dəfn yeri açıqlandı
Eye

Xalq artisti Ramiz Quliyevlə vida mərasimi sabah saat 11:00-13:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

Bu barədə Bakupost.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mərhum II Fəxri xiyabanda dəfn olunacaq.

Xatırladaq ki, Xalq artisti tarzən Ramiz Quliyev bu gün 78 yaşında vəfat edib. O, səhhətinin pisləşməsi ilə əlaqədar sentyabrın 29-da Mərkəzi Gömrük Hospitalına yerləşdirilmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar