Abşeronda qətl hadisəsi baş verib.
Bakupost.az Report-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri ərazisində qeydə alınıb.
2005-ci il təvəllüdlü Elmir Axundov naməlum şəxs tərəfindən bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda keçinib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma başlanıb.