Ru
14:39 / 03 Sentyabr 2021

Rüstəm Muradov girov götürülən azərbaycanlı ilə görüşdü - FOTO

Rüstəm Muradov girov götürülən azərbaycanlı ilə görüşdü -  FOTO
Eye

Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradov Qarabağdakı separatçı-terrorçular tərəfindən girov götürülən, psixiatrik xəstəxanadan qaçan azərbaycanlı hərbçi Cəmil Babayevi ziyarət edib.

Bakupost.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.

Ziyarət zamanı R.Muradov C.Babayevin səhhəti və saxlanma şəraiti ilə maraqlanıb.

Agentlik Babayevin xahişi əsasında ona yaxınları ilə əlaqə qurmaq imkanının yaradılacağını bildirib.

Qeyd edək ki, Cəmil Babayev avqustun 25-də Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan Ağdərə ərazisində saxlanılıb. Azərbaycan isə sonradan Babayevin Gəncədəki psixiatrik xəstəxanadan qaçaraq, Qarabağa gəldiyini açıqlayıb.

C.Babayev haqda cinayət işi açılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar