Ru
15:47 / 16 Oktyabr 2019

Sabiq məmurun qohumuna qarşı dələduzluq edən şəxs HAKİM QARŞISINDA

1763
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Xəyyam Balayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakupost.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Xəyyam Balayevlə zərərçəkmiş Yalçın Abdullayev arasında olan danışığın səs yazısı dinlənilib. Səs yazısında X.Balayev Yalçın Abdullayevdən pul aldığını etiraf edir.

X.Balayevin vəkili isə səs yazısında müdafiə etdiyi şəxsin stress və qorxu içində olduğunu deyib. Prokuror və Yalçın Abdullayevin vəkili bu fikirlərin əsassız olduğunu bildiriblər.

Prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib.

Prokuror çıxış üçün vaxt istəyib.

Proses oktyabrın 25-də davam edəcək.

Xəyyam Balayev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.

O, 1986-cı il təvəllüdlü Xəyyam Nazim oğlu Balayev onun etibarından sui-istifadə edərək 965 000 ABŞ dollarını alaraq qaytarmamaqda ittiham edilir.

Xəyyam Balayev Yalçın Abdullayevdən pul aldığını təsdiqləsə də, bildirib ki, biznes məqsədilə aldığı məbləği qazancı ilə birlikdə geri qaytarıb.

Xatırladaq ki, Y.Abdullayev Beyləqan Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Vaqif Abdullayevin qardaşı oğludur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər