Ru
17:01 / 05 Yanvar 2026

Sabiq idarə rəisinin müavini Rəşad Daşdəmirovun yerinə gətirildi

Sabiq idarə rəisinin müavini Rəşad Daşdəmirovun yerinə gətirildi
Eye

"Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı"na yeni qanuni təmsilçi seçilib.

Bakupost.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Qibləliyev Samir Vaqif oğlu "Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı"nın baş direktoru və qanuni təmsilçisi olub.

Qeyd edək ki, Samir Qibləliyev uzun illər Mərkəzi Gömrük Ekspertiza İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

Bundan əvvəl "Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" ASC-nin qanuni təmsilçisi və baş direktoru Rəşad Daşdəmirov idi. Ötən ilin dekabr ayında o, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

O, xüsusilə külli miqdarda qaçaqmalçılıqda və başqa ağır cinayələrdə ittiham edilir. İş üzrə dəymiş ziyan 3 milyon manatdan artıqdır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar