Ru
11:06 / 06 Fevral 2020

Sabiq prezidentin oğlu vəfat etdi

Sabiq prezidentin oğlu vəfat etdi
Eye

Qırğızıstanın sabiq prezidenti Əskər Akayevin böyük oğlu Aydar Akayev vəfat edib.


“Sputnik Qırğızıstan”ın xəbərinə görə, o, 43 yaşında ürək tutmasından ölüb.

Aydar Akayev həyat yoldaşı, oğlu və qızı ilə birlikdə Moskvada yaşayırdı. 2005-ci ildə bacısı Bermet ilə parlamentə seçilib, lakin Qırğızıstanda “lalə” inqilabından sonra seçkinin nəticələri ləğv edilib.

Maliyyə fırıldaqçılığı və vəsaitlərin mənimsənilməsi üzrə bir neçə cinayət işi açıldıqdan sonra prezidentin ailəsi ölkəni tərk edərək Rusiyanın paytaxtına gedib.

Qeyd edək ki, Aydar Akayev Qazaxıstan lideri Nursultan Nazarbayevin qızının keçmiş həyat yoldaşı olub.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar