Ru
17:43 / 18 Oktyabr 2025

Şabranda faiz mafiyası bir gəncin həyatına son qoydu - FOTO

Şabranda faiz mafiyası bir gəncin həyatına son qoydu - FOTO
Eye

Şabranın Ərəblər kənd sakini, 25 yaşlı Nicat Fətullayev özünü öldürüb. O, faizlə aldığı pulu qaytara bilmədiyi üçün odlu silahla özünə atəş açaraq intihar edib.

Bakupost.az Gununsesi.info-ya istinadən xəbər verir ki, Nicat Fətullayev Şabranda Məhbubə adlı qadından faizlə pul alıb və geri qaytara bilməyib. Məhbubə və onun İbrahim adlı tanışı Nicat Fətullayevdən pulun faizlərini israrla tələb ediblər.

Ümumilikdə 800 manat faiz borcunu ödəyə bilməyən Nicat Fətullayev çıxış yolunu intihar etməkdə görüb. Faktla bağlı Şabran rayon Prokurorluğunda cinayət işi başlanıb.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar