Ru
22:42 / 20 Sentyabr 2021

Sakinlərin 30 illik cəhənnəmi: üfunət və kəskin qoxu... - VİDEO

Sakinlərin 30 illik cəhənnəmi: üfunət və kəskin qoxu... -  VİDEO
Eye

Kürdəmirdə məişət tullantıları poliqonunda antisantitariya vəziyyəti, üfunət və kəskin qoxu ora yaxın ərazilərdə yaşayan insanların narazılıqlarına səbəb olub.

Bakupost.az “Report” a istinadən xəbər verir ki, ərazidə yaranmış antisanitariya vəziyyəti insan həyatı üçün əsl təhlükə mənbəyidir.

Əhali ən çox da bu poliqondakı məişət tullantılarının yandırıldığı vaxt vəziyyətin daha da gərginləşdiyini deyir. Yandırılan poliqondan ayrılan qara tüstü və toz-duman evlərə dolur. Sakinlər ocaqdan ayrılan qığılcımların isə yaşadıqları evdə yanğına səbəb ola biləcəyindən qorxurlar.

Məişət tullantıları poliqonunun yaxınlığında yaşayan insanların öz dili ilə desək, - “bu cəhənnəm 30 ilin məhsuludur”. Nəzərə alsaq ki, buradakı fərdi yaşayış evləri son 10 - 15 ildə tikilən evlərdir. İndi narazılıq edən insanlar da 15-20 illik məişət tullantıları poliqonunun yaxınlığında özlərinə ev tikiblər.

Kürdəmir Rayon İcra Hakimiyyəti başçısını şəhər üzrə inzibati ərazi dairəsi nümayəndəsi İlqar Salmanov isə “Report”a bildirib ki, buna baxmayaraq hər şeydən əvvəl insanların rahatlığı, təhlükəsizliyi və rifahı naminə yaranmış problem qısa müddət ərzində aradan aldırılacaq.

Mövzunun aktuallığını nəzərə alıb, diqqətdə saxlayacağıq.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar