Ru
18:31 / 08 Mart 2021

Salyanda maşın oğurlayan qadınlar saxlanıldı

Salyanda maşın oğurlayan qadınlar saxlanıldı
Eye

Salyan Rayon Polis Şöbəsinə martın 7-də saat 16 radələrində rayon ərazisindən Bakı şəhər sakini S. Nəcəfova məxsus “Opel” markalı avtomobil qaçırılması barədə məlumat daxil olub.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Bakupost.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini M.Bayramova və sərnişini, paytaxt sakini M.Orduxanova saxlanılıblar.

Salyan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar