Ru
17:13 / 03 Oktyabr 2019

Şam qozasının inanılmaz faydaları

23153
Əksəriyyətimizin əyləncə, bəzək əşyası və ya lazımsız tullantı kimi baxdığı şam ağacının qozası əslində, sağlamlığımız üçün çox faydalıdır.

BakuPost.az xəbər verir ki, şam qozaları hələ qədim zamanlardan asma, bronxit, soyuqdəymə, oynaq xəstəliklərinə qarşı müalicə vasitəsi kimi geniş istifadə olunurdu.

Fitonsid maddələrlə olduqca zəngindir. Bu maddələr orqanizmə birbaşa təsir edir və immun sistemini gücləndirir. Bundan əlavə, şam ağacının qozalarında çox nadir və qiymətli "tanin” maddələri vardır ki, onlar insult zamanı beyin hüceyrələrinin ölməsini xeyli ləngidir.

Şam qozaları dəmləmə və ya mürəbbə şəklində qəbul edilə bilər.

Şam qozası mürəbbəsinin hazırlanma qaydasını təqdim edirik:

Qozalar təmiz yuyulur və 4 yerə bölünür.
Üzərinə çıxana qədər qaynar su tökülür, 10 saat ağzı bağlı saxlanılır.
Sonra qaynadılır və 10 saat soyudulur. Bu proses 3 dəfə təkrarlanır.
Sonda qozaların yığıldığını görəcəksiniz.
Bu mürəbbənin ancaq suyu bəhməz kimi istifadə olunur.
Qozaları sudan çıxarıb atın, suyunun isə 1 litrinə 1 kq şəkər tozu əlavə edin, təxminən bir saat bişirin.
Hazır olduğuna əmin olduqdan sonra müvafiq qablara yığın.

Mürəbbə dərman qədər təsirli olduğu üçün gün ərzində sadəcə 1-2 qaşıq çaya və ya qaynamış suya əlavə edib içmək olar.

Şam qozasının mürəbbəsi öskürəyə, ciyərlərə, bronxlara olduqca xeyirlidir, hətta astma xəstəliyini də müalicə edir.

Qeyd edək ki, şam qozalarının may ayının sonunda qurumamış yığılması məsləhətdir.
Şərhlər
  • Əziz .Əsgərli

    Bakı

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər