Ru
12:23 / 27 Avqust 2026

Suriyada ilk: Prezident hesabı “Visa” ilə ödədi - VİDEO

Suriyada ilk: Prezident hesabı “Visa” ilə ödədi - VİDEO
Eye

Suriyanın prezidenti Əhməd Əş-Şaraa Dəməşqdə yerləşən restoranda hesabı “Visa” kartı ilə ödəyib. Bu, ölkənin uzun illər davam edən sanksiyalardan sonra qlobal maliyyə sisteminə qayıdışı istiqamətində simvolik addım kimi qiymətləndirilib.

“Bakupost” xəbər verir ki, həmin anlar “Syria TV”nin yayımladığı görüntülərdə əks olunub.

Ödəniş zamanı Suriyanın Mərkəzi Bankının rəhbəri Səfvət Raslan da iştirak edib.
Bundan əlavə, “Visa” şirkəti Suriyada beynəlxalq kartla real ödəniş əməliyyatının uğurla sınaqdan keçirildiyini açıqlayıb. Şirkət bildirib ki, bu, xarici ziyarətçilərin ölkədə Visa kartlarından istifadə etməsinə imkan yaradılması baxımından mühüm addımdır.

Şirkət əməliyyatı həyata keçirmək üçün Suriya Mərkəzi Bankı və tərəfdaşları “Fransabank” və “Paymera” ilə birlikdə çalışdığını açıqlayıb.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi avqustun 24-də Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb. Suriya 1979-cu ildən bu siyahıda idi.

Yasəmən, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar