Ru
11:23 / 17 Aprel 2023

Səfərbərlik Xidmətinin yeni rəisi kimdir? - Dosye

Səfərbərlik Xidmətinin yeni rəisi kimdir? -  Dosye
Eye

Xəbər verdiyimiz kimi, Mürsəl Qorxmaz oğlu İbrahimov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilib.

Bakupost.az xəbər verir ki, M. İbrahimov 1970-ci il sentyabrın 20-də Bakı şəhərində anadan olub.


O, 1992-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Qaz Neft Mədən fakültəsini bitirib.

1992-1997-ci illərdə DİN Mühafizə İdarəsinin Xətai rayon Mühafizə Şöbəsində tağım komandiri, baş inspektor vəzifələrində xidmət aparıb. Daha sonra DİN Daxili Təhqiqatlar İdarəsinin inspektor və baş inspektor vəzifəsində işləyib.

M.İbrahimov 10 ildən artıq Milli Təhlükəsizlik Nazirliyində çalışıb, idarə rəisinin müavini vəzifəsinədək yüksəlib. “Hərbi xidmətlərə ğörə” medalı ilə təltif olunub. 2015-ci ildən sonrakı dövrdə bir sıra özəl şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb. Son illər “Kapital Bank” ASC Təhlükəsizlik Departamentin direktoru olub.






Şərhlər
  • Heydər Kərimzade

    Kərimzadə Heydər Oğuz rayon sakini tələbəyəm könüllü olaraq getmək isdəyirəm 0704134341 əlaqə nömrəm

  • Heydər Kərimzade

    Kərimzadə Heydər Oğuz rayon sakini tələbəyəm könüllü olaraq getmək isdəyirəm

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar