Ru
20:31 / 23 Aprel 2019

Sel Cəlilabad-Yardımlı yolunu yararsız hala saldı

Sel Cəlilabad-Yardımlı yolunu yararsız hala saldı
Eye

Mənbəyini Buravar sıra dağlarından
götürən Nio çayında dünəndən etibarən suyun səviyyəsinin kəskin şəkildə artması
Cəlilabad-Yardımlı avtomobil yolunun üzərindəki körpünü qəzalı vəziyyətə salıb.

 

BakuPost.az "Report”a istinadən xəbər verir ki, həmçinin rayonun Buravar
kəndindəki avtomobil yolunun bir hərəkət istiqaməti sel suları nəticəsində
çöküb.
 

Bununla yanaşı, Buravar kəndinin
mərkəzindəki digər körpü də eyni səbəbdən qəzalı vəziyyətdədir.

Məsələ ilə bağlı Cəlilabad Rayon
Fövqəladə Hallar Komissiyasından bildirilib ki, artıq qəzalı vəziyyətə düşən
körpülərə baxış keçirilib. Çaylarda suyun səviyyəsi azaldıqdan sonra ərazidə
təmir bərpa işlərinə başlanılacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar