Şəmkir rayonu, Mehrili kəndində Şəmkirçay su anbarında 2 nəfərin batması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinəməlumat daxil olub.
Bakupost.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Həyata keçirilən axtarış tədbirləri nəticəsində su anbarında batanlardan birinin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Axtarışlar davam etdirilir.
Suda boğulanların 2004-cü il təvəllüdlü İbrahimov Ümid Elxan oğlu və 20 yaşlı Aliyə Həsənovadır.