Ru
09:12 / 24 Oktyabr 2017

Şəmkirdə polislər qəzaya düşdü: ölən və yaralılar var / YENİLƏNİB

Şəmkirdə polislər qəzaya düşdü:  ölən və yaralılar var / YENİLƏNİB
Eye

Şəmkirin Kür qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib.



Report-un məlumatına görə, qəsəbə ilə hərəkət edən VAZ-21021 markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə bir nəfər hadisə yerində ölüb, 4 nəfər ağır yaralanıb. Yaralılar - Mirzəyev Fərman Kənan oğlu, Qasımov Orxan İntiqam oğlu, Yusibov Telman və Quliyev Rauf xəstəxanaya yerləşdirilib.



Məlumata görə, avtomobilin sürücü və sərnişinləri polis və polisə ictimai dəstək verən şəxslər olublar.



Faktla bağlı araşdırma aparılır.

 

***

 


Şəmkirdə avtomobilin aşması nəticəsində ölən və xəsarət alanların kimlikləri məlum olub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, ötən gecə rayonun kür qəsəbəsində "Niva” markalı avtomobilin aşması nəticəsində rayon sakini, 1990-cı il təvəllüdlü Məmmədov Elvin Məzahir oğlu hadisə yerində ölüb. Avtomobildə olan 4 nəfər -  Kür qəsəbə sakini, 1990-cı il təvəllüdlü Fərman Mirzəyev, Əliyaqublu kənd sakinləri, 1990-cı il təvəllüdlü Orxan Qasımov, 1993-cü il təvəllüdlü Rauf Rauf Quliyev, 1990-cı il təvəllüdlü Turla Yusubov ağır bədən xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan Şəmkir rayon Polis Şöbəsinin əməkdaşı olan Fərman Mirzəyev Gəncədə olan xəstəxanaların birinə aparılıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar