Ru
20:59 / 23 Sentyabr 2019

"Səudiyyə Ərəbistanı Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir" - Səfir

2197
Səudiyyə Ərəbistanı Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir.

BakuPost-un
Trend-ə istinadən məlumatına görə, bunu Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr Səudiyyə Ərəbistanının Milli Gününə həsr olunmuş tədbirdə deyib.

Səfir vurğulayıb: "Davamlı əlaqələr və qarşılıqlı səfərlər əməkdaşlığın yüksək səviyyəsini göstərir. Bu ilin əvvəlindən iki ölkə arasında münasibətlər müxtəlif sahələrdə əhəmiyyətli dərəcədə inkişaf edib. Qanunvericilik sahəsində - Azərbaycan-Səudiyyə Ərəbistanı Parlament dostluq qrupu Bakıya səfər etdi; iqtisadi sahədə - birgə komitənin beşinci iclası, həmçinin Bakıda biznes forum keçirildi"

Bundan əlavə, diplomat qeyd edib ki, iki ölkənin enerji nazirlərin qarşılıqlı iki səfəri baş tutub:

"Bu səfərlər zamanı iki ölkənin inkişafına xidmət edən saziş və anlaşma memorandumları imzalanıb".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər