Ru
15:02 / 22 Avqust 2024

Sığınacağa atılan qızın dəhşətli hekayəsi - Zorakılıq, yalnızlıq...

Sığınacağa atılan qızın dəhşətli hekayəsi - Zorakılıq, yalnızlıq...
Eye

Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova 12 yaşından uşaq evinə verilən və bu gün 18 yaşı tamam olan bir gənc qızın dəhşətli həyat hekayəsini paylaşıb.

Bakupost.az xəbər verir ki, M.Zeynalova 12 yaşlı qızını sığınacağa verən ananın “Yaxşı ki, səndən canım qurtardı”, deyərək ondan uzaqlaşdığını bildirib:


“Anası onu uşaq evinə verdikdən sonra arxasına baxmadan gedib. Hər doğum günündə anasının yolunu gözləyib. Düşünüb ki, onu gəlib götürəcək və peşiman olduğunu deyəcək. Təəssüf ki, heç nə gözlədiyi kimi olmayan qızımız artıq gözləməkdən əlini üzüb. Onun içində gizlətdiyi başqa bir şeydə var idi. İçində gizlətdiyini isə heç kimə bildirmək istəmirdi”.


Sədr təcavüzə məruz qalan azyaşlı qızın bunu psixoloqla söhbəti zamanı açıqladığını deyib:

“Psixoloqla söhbət zamanı anasının tutduğu baxıcının yoldaşı və onun dostu tərəfindən zorakılığa-məruz qaldığını bölüşüb. Məlumat verildikdən sonra bu qeyri-insani hərəkəti edən şəxslər həbs olunublar. Bu hadisələrin işıqlanmasında, hadisəni törədənlərin cəzasız qalmamasında psixoloq Gülnaz Məmmədovanın rolu çox böyük olub. Qızımız hər gün dərmanlar içərək özünü sakitləşdirməyə çalışdığını bildirir. Daha sonra sığınacağımıza gətirilən qızımız 2 ildən artıqdır ki, həyatını yanımızda davam etdirir”.

M.Zeynalova uşağının hər iki valideyninin artıq ailə qurduqlarını və hələ də övladlarıyla maraqlanmadıqlarını deyib:

“Aldığımız məlumata görə anası ərə gedib, bir övladı dünyaya gəlib. Atası da həmçinin evlənərək öz həyatını davam etdirir. Anası hazırda xəstəxanada ağır xəstəliklə mübarizə aparır. Ancaq qızımız onu görmək istəmədiyini artıq öz ayaqları üzərində duraraq, işləyib yeni həyata başlamaq arzusundadır. Onu da qeyd edək ki, Sosial Xidmətlər Agentliyi qızımıza müəyyən dəstək göstərməyi planlaşdırır. Yaxın günlərdə peşə kursuna qoyaraq aylıq müavinət də ayıracaqlar. Bu qədər ağır həyat yaşayıb çiyinlərində böyük yük daşıyan qızımız Doğum Günün Mübarək!”.

Vasif
BakuPost


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar