Ru
13:20 / 11 Avqust 2025

Siyəzəndə iynə vurulan biraylıq körpə öldü

Siyəzəndə iynə vurulan biraylıq körpə öldü
Eye

Siyəzəndə biraylıq körpə iynədən ölüb.

Bakupost.az lent.az-a istinadla xəbər verir ki, Siyəzən şəhər sakini, biraylıq Əli Aqşin oğlu Novruzova iynə vurulub. İynədən sonra körpə ölüb.

Uşağın babası Camal Novruzov hüquq-mühafizə orqanlarına bununla bağlı şikayət edib.

Şikayətçi ərizəsində həmyerlisi 1958-ci il təvəllüdlü Mənsurə Cəlal qızı Ağayevanın onun nəvəsi Əli Novruzova iynə vurmasını, nəticədə nəvəsinin ölməsini bildirib.

Faktla bağlı Siyəzən Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar