Ru
17:51 / 28 Oktyabr 2025

Soyğunun yaratdığı təlaş - Luvrun zinət əşyaları yerin altına daşındı

Soyğunun yaratdığı təlaş  - Luvrun zinət əşyaları yerin altına daşındı
Eye

Parisdəki Luvr Muzeyində baş verən tarixi soyğundan bir həftə sonra Fransa rəsmiləri muzeyin ən qiymətli kolleksiyalarını yeni soyğun riskinə qarşı misilsiz təhlükəsizlik tədbirləri ilə qorumağa qərar verib.

Bakupost.az Fransa KİV-ə istinadın xəbər verir ki, ləl-cavahiratın bir hissəsi xüsusi qoruma atlında gizli şəkildə Mərkəzi Banka daşınıb.

Bu fövqəladə əməliyyat Paris Polis İdarəsinin koordinasiyası ilə həyata keçirilib.

Əşyalar Fransa Mərkəzi Bankının 26 metr dərinlikdəki əsas seyfində qorunur. Bu xüsusi seyfdə zinət əşyalarından başqa, ölkənin qızıl ehtiyatlarının təxminən 90%-i də saxlanılır.

Mənbələr bu addımı "tarixi və fövqəladə qərar" adlandırır. Luvrdan daşınan kolleksiyaya yalnız zinət əşyaları deyil, həm də digər qiymətli əsərlər daxildir.

Nə Luvr rəhbərliyi, nə də Fransa Mərkəzi Bankı əməliyyatla bağlı rəsmi açıqlama verməyib. Rəsmilər həm əsərlərin təhlükəsizliyi, həm də davam edən istintaqın gizliliyi səbəbindən məlumat verməkdən çəkinirlər.

Qeyd edək ki, oğurlanan əsərlərin ümumi dəyərinin təxminən 88 milyon avro olduğu bildirilir. Paris Prokurorluğu bildirib ki, iş üzrə istintaq davam edir və polis 150-dən çox DNT nümunəsi toplayıb. Lakin soyğunu həyata keçirən şəxslər hələ də axtarışdadır.

Cavid, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar