Ru
11:03 / 02 Oktyabr 2019

Sumqayıtda 27 saylı orta məktəblə bağlı şok iddia - Uşaqlardan 210 manat pul yığılır

3227
Sumqayıt şəhəri 27 nömrəli tam orta məktəblə bağlı şok iddia ortaya atılıb.
Məktəbin rus bölməsi üzrə 1-ci sinfində oxuyan hər şagirddən nə az, nə çox 210 AZN pul yığıldığı bildirilib.

BakuPost Cebhe.info-ya istinadən xəbər verir ki, adının çəkilməsini istəməyən valideynlərin dediyinə görə, bu məbləğ sinfin təmiri üçün tələb edilir. Məlumatı dəqiqləşdirmək üçün 27 saylı məktəblə əlaqə saxladıq.

Məktəbin direktoru Valid Mustafayev Cebhe.info-ya açıqlamasında iddianın doğru olmadığını deyib: “Bu, necə həqiqətəuyğun ola bilər? Sizcə 210 manat yığmaq olar? Bu məbləği hansı məktəb, hansı müəllim, hansı ağılsız yığa bilər? İddianı səsləndirən adam gəlsin, oturaq, danışaq, görək nə məsələdir və hansı əsasla belə bir iddianı irəli sürür? Əsaslandıra bilməsə, o zaman mən ona qarşı lazımli tədbirləri görəcəyəm. Mən burda, müəllim burda, valideynlər də burda... Məsələnin ən yaxşı kökünü axtarmaq budur”.

“Məktəbin təmirə ehtiyacı varmı?” sualına direktor belə cavab verib: “Bəli, məktəbin əsaslı təmirə ehtiyacı var. Dəfələrlə bununla bağlı Təhsil Nazirliyinə müraciət etmişəm”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər