Ru
09:01 / 13 Fevral 2026

Sürücüsü qəfil ölən mikroavtobus qəzaya uğradı

Sürücüsü qəfil ölən mikroavtobus qəzaya uğradı
Eye

Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.


Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə şəhərin Cəmil Əliyev küçəsində qeydə alınıb.

Belə ki, sərnişin daşıyan “Ford” markalı mikroavtobusun sürücüsü sükan arxasında qəfil vəfat edib. Nəticədə idarəetmədən çıxan nəqliyyat vasitəsi yol kənarında dayanmış minik avtomobilinə çırpılıb.

İlkin ehtimala görə, mikroavtobusun sürücüsü, 1962-ci il təvəllüdlü Elxan Salahov ürəktutmadan vəfat edib.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar