Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri - qurumun mətbuat katibi Taleh Quliyev tutduğu vəzifəsindən ayrılıb.
Bakupost.az xəbər verir ki, o bu məlumatı Modern.az-a açıqlamasında təsdiqləyib.
Qeyd edək ki, Taleh Quliyevin yaxın günlərdə dövlət qurumlarından birində yeni vəzifədə fəaliyyətə başlayacağı gözlənilir.
Xatırladaq ki, Taleh Quliyev 2024-cü il iyun ayında şuranın kommunikasiya sektorunun müdiri təyin edilmişdi.
O, daha əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində də çalışıb.