Ru
18:06 / 20 Avqust 2025

Taliban bu dəfə bodibildinq yarışlarına qadağa qoydu

Taliban bu dəfə bodibildinq yarışlarına qadağa qoydu
Eye

Əfqanıstanda Taliban hökuməti kişilərin bodibildinq yarışlarında ənənəvi şort geyinməsinə qadağa qoyaraq, onların dizə qədər örtülü geyimlərdən istifadəsini tələb edib.

Bakupost.az xəbər verir ki, qərar Talibanın “Pis İşlərdən Çəkinmək və Yaxşı İşlərə Dəvət Nazirliyi” tərəfindən verilib.

Əfqan idmançılar və məşqçilər qərara etiraz edərək, bunun həm yerli yarışlara, həm də beynəlxalq turnirlərdə iştirak imkanlarına zərbə vurduğunu bildiriblər.

Qeyd olunub ki, bu qadağa beynəlxalq standartlara ziddir. Beynəlxalq Bodibildinq və Fitnes Federasiyası idmançıların ayaq və omba əzələlərinin görünməsini tələb edir ki, bu da ədalətli qiymətləndirmə üçün vacibdir.


Aysel,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar