Ru
20:14 / 25 Fevral 2026

Tarix Əliyev efirdən getdi - GÖRÜN ONU KİM ƏVƏZ EDƏCƏK

Tarix Əliyev efirdən getdi - GÖRÜN ONU KİM ƏVƏZ EDƏCƏK
Eye

Aparıcı və prodüser Tarix Əliyev (Tolik) Space TV kanalında aparıcı kimi fəaliyyətini dayandırıb.

Bakupost.az Aztimes.az-a istinadla xəbər verir ki, onun təqdim etdiyi proqram gələn həftənin ilk günündən etibarən yeni aparıcının iştirakı ilə yayımlanacaq. Toliki efirdə Könül Muxtarova əvəz edəcək. Kanal rəhbərliyinin bununla bağlı yaxın günlərdə rəsmi açıqlama verəcəyi gözlənilir.

"Tarixin bir günü” verlişinin adı dəyişiləcək.

Məlumatda bildirilir ki, Tarix Əliyevin efirdən uzaqlaşdırılmasına səbəb son vaxtlar sosial şəbəkələrdə işlətdiyi qeyri-etik ifadələr və qalmaqallı çıxışları olub. Xüsusilə müğənni Səidə Sultan ilə yaşadığı açıq qarşıdurma və qarşılıqlı ittihamlar ictimaiyyət arasında geniş rezonans doğurmuşdu. Canlı yayımlarda və sosial platformalarda səsləndirilən fikirlər ciddi müzakirələrə səbəb olmuş, media etikası baxımından birmənalı qarşılanmamışdı.

Qeyd edək ki, məsələ bununla da yekunlaşmayıb. Məlumata görə, Audiovizual Şura tərəfindən aparılan monitorinqlərdən sonra təkcə Tolikin deyil, aparıcı Elgiz Əkbərin də proqramının yayımına xitam verilib.

Bu qərarın televiziya məkanında etik norma və yayım prinsiplərinin qorunması məqsədilə qəbul edildiyi bildirilir.Hazırda məsələ ilə bağlı rəsmi qurumların və adıçəkilən şəxslərin mövqeyi məlum deyil.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar