Ru
08:41 / 20 Noyabr 2025

“Temu” “AliExpress” və digər platformalardakı oyuncaqlar uşaqlar üçün təhlükəlidir

“Temu” “AliExpress” və digər platformalardakı oyuncaqlar uşaqlar üçün təhlükəlidir
Eye

Onlayn platformalarda satılan oyuncaqların böyük əksəriyyəti təhlükəsizlik standartlarına cavab vermir.

Bakupost.az Lent.az-a istinadla xəbər verir ki, bu barədə Avropa Oyuncaqlar Sənayesi Federasiyası və Fransa Oyuncaqlar və Uşaq Məhsulları Sənayesi Federasiyası (FFJP) tərəfindən dərc edilmiş hesabatda deyilir.

“Le Figaro” yazır ki, bu, Milad bayramına cəmi bir neçə həftə qalarkən açıqlanmış son dərəcə həyəcanverici nəticədir.

Ötən ilki araşdırmadan sonra istehsalçılar yenidən Avropadan kənarda fəaliyyət göstərən üçüncü tərəf satıcılarından alınmış 70 oyuncaq məhsulunu yoxlayıblar. Ümumilikdə yeddi platforma — “Shein”, “Temu”, “AliExpress”, “Amazon Marketplace”, “Cdiscount”, “Fruugo” və “Joom” — araşdırmaya cəlb olunub və onların bir neçəsi artıq təhlükə xəbərləri ilə gündəmə gəlib.

Akkreditə olunmuş laboratoriyanın verdiyi rəyə əsasən, yoxlanılan 70 oyuncağın 96 faizi Avropa təhlükəsizlik standartlarına cavab vermir. FFJP-nin açıqlamasında qeyd olunur ki, həmin məhsulların 86 faizi təhlükəli hesab olunur və uşaqların sağlamlığı üçün ciddi risk yaradır. Daha bir narahatedici məqam odur ki, ötən il təhlükəli kimi qeyd olunmuş bəzi oyuncaqlar hələ də satışda qalır.

Xüsusilə kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulmuş bu oyuncaqlarda udula və ya nəfəs yollarına düşə bilən xırda detallar mövcuddur ki, bu da boğulma təhlükəsi yaradır. Bundan əlavə, bəzi məhsullarda litium düyməli batareyalara birbaşa çıxış imkanı var və bu, uşaqlar üçün ciddi daxili xəsarət riski deməkdir. Çıxarıla bilən əmziklər isə tənəffüs yollarının bağlanmasına və boğulmaya səbəb ola bilər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar